Kurs Haqqında
Artıq çəkidən qurtulmaq və daha formada görünmək istəyirsiniz?
Bu 12 həftəlik sistem sayəsində sadəcə çəki itirməyəcəksiniz, eyni zamanda bədəninizi planlı şəkildə dəyişəcəksiniz. Bu kurs əsasən arıqlamaq, yağ yandırmaq və nəticəni uzunmüddətli saxlamaq üçün hazırlanıb.
Əgər indiyə qədər dəfələrlə başlayıb yarımçıq qoymusunuzsa, nəticə görmədən həvəsdən düşmüsünüzsə — burada hər şey fərqlidir. Çünki bu proqram motivasiya üzərində yox, sistem üzərində qurulub.
Bu kurs sizə: Yağ itirmə strategiyasını, Düzgün və təhlükəsiz məşq sistemini, Proqresiv yüklənmə prinsipini, Evdə və ya zalda tətbiq edilə bilən proqramı öyrədəcək.
Siz artıq saatlarla zalda vaxt keçirib nəticə ala bilməyənlərdən olmayacaqsınız. Hər şey mərhələli şəkildə qurulub ki, bədəniniz hər həftə dəyişsin və siz bunu real olaraq hiss edəsiniz.
Bu proqramın əsas məqsədi: Arıqlamaq, Yağ faizini azaltmaq, Bədəni sıxılaşdırmaq, Daha enerjili hiss etmək, Özünə inamı artırmaqdır.
Unutmayın, sürətli və təsadüfi üsullar qısa müddətlik nəticə verir. Amma 12 həftəlik strukturlaşdırılmış proqram sizə qalıcı dəyişiklik qazandırır.
Əgər siz:
– Artıq çəkidən bezmisinizsə
– Paltarlarınızın üzərinizdə daha yaxşı oturmasını istəyirsinizsə
– Güzgüyə baxanda özünüzü daha yaxşı hiss etmək istəyirsinizsə
bu kurs sizin üçündür.
Bu kursa qoşulun və 12 həftə ərzində arıqlama prosesinizi sistemli şəkildə idarə edin.
Təsadüfi cəhdlərə son qoyun.
Və dəyişimi bu gün başlayın.
Kurs Materialları
Dərslər
-
Təməl Sistem: Yuxu və Su Balansı ilə Arıqlamanın Başlanğıcı
08:58 -
Supplementlər və İntizam Sistemi
11:15 -
12 Həftəlik Diet Sistemi
15:52 -
12 Həftəlik Məşq Sistemi: Zal Proqramı, Ev Proqramı
22:21 -
Proqres, Nəticə və Davamlılıq: Sual-Cavab və Yekun Strategiya
05:50