Etiraf Pəncərəm
8.00 ₼
Bu kitab bir janrı əhatə etmir. Burada hər bir janrdan var. Məqsəd də elə bu idi. Sırf bir qrup oxucu kütləsini deyil, bütün oxucu kütlələrinin bu kitabda axtardığını tapması idi. Bu məqsədə isə çatdıq. Müəllifin düşüncəsinə görə kitablar bir dünya kimidir və hansısa kitabı yazarkən, əgər obrazlı yanaşacağıqsa, müəyyən bir materikdən, ölkədən, şəhərdən yazmaq düzgün deyil. Yəni, kitabın motivasiya janrına aid olması, sanki Afrika materiki haqda yazılmış bir dünyadır. Bəs qalan materiklər? Ona görə də, bu kitabda siz bir neçə janrın ahəngini yaşayacaqsınız. Şəxsi inkişaf, psixologiya, sevgi, motivasiya, etiraflar bir kitabda görüşsə nə baş verər? Sizi bu kitab ilə baş başa qoyuram.”Etiraf pəncərəm”dən baxan zaman çalışın, hər bir mənzərəni aydın görməyi bacarasınız.
Xoş qiraətlər!


