YouTube-da kanal yaratmaq bir neçə dəqiqənin işidir, lakin onu tanıtmaq və məşhur olmaq biraz vaxt aparacaq.

YouTube-da işləməyin müsbət tərəflərinə rahat qrafik, məşhur olmaq şansı və sevdiyiniz şeyləri dünya ilə bölüşmək imkanı daxildir.
Nə qədər qazana bilərsiniz?
İstənilən yaradıcı fəaliyyətdə olduğu kimi, YouTube-da da qazancın aşağı və ya yuxarı həddi yoxdur. İstəsəniz, ayda yüzlərlə, minlərlə və ya on minlərlə dollar qazana bilərsiniz. Hamısı sizdən və seçdiyiniz məzmundan asılıdır. Bu işə nə qədər çox vaxt ayırsanız, qazancınız bir o qədər çoxalacaq. Ancaq YouTube-da reklam gəlirləri ilə yanaşı, sponsorlardan da pul qazana bilərsiniz. Populyarlıq qazandıqca, məzmununuzda reklam etmək istəyən daha çox şirkət olacaq. Bu gəlirlər isə sizə rahat bir həyat yaşamağa kömək edəcək gəlirlərdir.
Gəlir nədən asılıdır?
Məzmununuzu izləyənlərin alıcılıq qabiliyyəti çox önəmlidir. Çox vaxt ödəmə qabiliyyəti auditoriya ölçüsündən daha vacibdir. Uşaq cizgi filmləri olan kanalların on milyonlarla abunəçisi var, lakin reklamçı çox güman ki, reklamını 10 min abunəçisi olan investisiya kanalına yerləşdirəcək. Bir sözlə, nə qədər çox pul ödəyə biləcək izləyicilər varsa, kanal sahibi baxış və ya klik başına bir o qədər çox pul alacaq.
Video keyfiyyəti
İzləyiciləri kanalınıza cəlb etmək üçün peşəkar kameraya və bahalı mikrofona ehtiyacınız yoxdur. Müasir smartfonlar kifayət qədər yaxşı çəkir və onlar həm də video edit üçün istifadə edilə bilər. Əsas odur ki, videoda texniki qüsur olmasın və səs keyfiyyəti görüntü keyfiyyətindən daha yaxşı olsun.
Kanala video yükləmə tezliyi
Yeni videoların paylaşılması müəllifin iş yükündən və məzmunun keyfiyyətindən asılıdır. Hansısa oyundan gülməli anları paylaşdığınız video bir gündə hazırlana bilər, lakin xarici səfərdən olan bloqu redaktə etmək bir həftə çəkəcək. Müşahidələrimə görə deyə bilərəmki videoların müntəzəm paylaşılması baxışlara çox təsir edir. Hər gün videolar paylaşsanız və sonra bir həftəlik fasilə etsəniz, çox güman ki, baxışlar azalacaq və onların əvvəlki dəyərlərinə qayıtması bir neçə ay çəkəcək.